Loading details…
Loading details…
Artist
Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olmuşdur. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirmişdir. 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1977-ci ildә Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış etmişdir. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün "Qaynana" k/f-də Dilbərin ariyası, "Sular qızı" romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, Sovet estradası janrlarının ustad sənətkarıdır. Azərbaycan Klassik Estrada janrının banisidir. Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələmişdir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli, Mobil Babayev, Şəfiqə Axundova, Oqtay Kazımov, Elçin İmanov, Eldar Mansurov, İmruzə Hüseynova, Ətiqə Ələkbərova, Faiq Sücəddinov, Rauf Hacıyev, Fikrət Əmirov və b.) mahnıları başlıca yer tutur. Şairlərdən Ramiz Rövşən, Vaqif Səmədoğlu, Baba Vəziroğlu, Məmməd Araz, Vahid Əziz, Fikrət Qoca, Nəriman Həsənzadə və digərlərinin ən sevimli müğənnisi olan Flora Kərimovanın, onlarla həm də ailəvi dostluğu olub. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli
Qaytar eşqimi
9512Bir Axşam Taksidən - Gün Keçdi Kinofilmindən
6423Necə unudum səni
5434Bağışla - Onun Bəlalı Sevgisi Kinofilmindən
5315Düşürsən Yadıma - Gün Keçdi Kinofilmindən
4386Mənim-Mənim - Tapar Məni
3337Həyat, Sən Nə Qəribəsən
3098Uzaq yaşıl ada
2539Bilməzdim - Illərin Sorağında
24310Bakı, sabahın xeyir
197